ABŞ Dövlət Departamenti Trampın administrasiyasının Ermənistan və Azərbaycana Cənubi Qafqazda kommunikasiyaların açılmasına dair təklif təqdim etməsi ilə bağlı xəbərlərə cavab verib.
Modern.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, “Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi səylərini dəstəkləyir. Bizim media nəşrləri ilə bağlı paylaşacaq heç bir məlumatımız yoxdur".
Bir müddət əvvəl Karnegi Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomata istinadən qeyd etmişdi ki, Tramp administrasiyası Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol təklifini İrəvan və Bakıya təqdim edib. Bu mənbələrə görə, Amerikanın təklifi Avropa İttifaqının bir neçə il əvvəl yaydığı və 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında razılaşdırılmış plana əsaslanan versiyaya bənzəyir.