
ABŞ-də Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) təxminən 2145 yüksək vəzifəli əməkdaşı istefa vermək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” nəşri əlində olan sənədlərə istinadla məlumat yayıb.
Materialda bildirilir ki, bu, davam edən kadrların ixtisarı siyasəti ilə bağlıdır.
Digər tərəfdən, Prezident Donald Trampın administrasiyası dövründə ölkənin kosmik sənayesi və NASA-nın 18 min əməkdaşı son aylarda mümkün ixtisarlarla üzləşib. Bu isə onlarla elmi proqramın ləğvi deməkdir.