EN

“Selye”nin son mövsümdəki heyətində nə dəyişib?

Ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləyən “Selye” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ın rəqibidi.

Bu gün Masazırda “bayquşlar”la qarşılaşacaq “Selye”nin ötən mövsüm üçün olan və indiki heyətində hansı dəyişikliklər var?

Ötən mövsümdən qalan bir qapıçıları var, o da 2005-də doğulan Luka Kolardı. Matko Abrodoviç, Rikardo Silva və Matyaj Rosman komandadan ayrılıb, iki qapıçı heyətə cəlb olunub. Biri Simon Sluqadı, digəri isə “Everton”dan transfer olunan Jan-Lük Leban.

Müdafiə xəttində də dəyişikliklər var. Qasper Vodeb, Kastro Pazos, Stiyan Qobeç komandaya yeni gəlibsə, Matiya Klavçiç, Klemen Nemaniç, Luka Perkoviç və Anus Sorensen komandadan ayrılıb.
Yarımmüdafiədə az qala inqilab baş verib. Darko Hrka, Florian Yevşenyak və Andrey Kotnik komandaya yeni cəlb olunub. Dulka Marko, İniqo Equaras, Stiyan Gobeç, Nino Kuter, Klemen Lernau isə ayrılıb.

Hücumçulardan yanlız 10 nömrəli formanı geyəcək Daniel Şturm komandanın yeni transferidi. Armandas Kucus və Nino Nurdanus isə mövsüm bitəndən sonra komandadan ayrılıb.

Qeyd edək ki, “Selye”nin yalnız bir futbolçusu yığma üzvüdü. O da 30 yaşlı müdafiəçi Jan Karniçnikdi. Təcrübəli müdafiəçi Sloveniya millisinin şərəfini qoruyur.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
32
1
football-plus.az

2Sources