EN

Diplomatik xidmət orqanları rəhbərlərinin Xankəndidə xüsusi sessiyası keçirildi

Diplomatik xidmət orqanları rəhbərlərinin IX Müşavirəsi çərçivəsində Xankəndi şəhəri, Qarabağ Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər, imkanlar və çağırışlar” mövzusunda Xankəndi xüsusi sessiyası keçirilib.

Müşavirə iştirakçıları Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Qarabağ Universitetində yaradılmış şəraitlə tanış olublar. Daha sonra keçirilən Xankəndi xüsusi sessiyasının açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edib.

Çıxışlarda Qarabağ Universitetinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin tarixi qərarının əhəmiyyəti vurğulanıb, Universitetdə görülən işlər, yaradılan şərait, habelə ümumilikdə Xankəndi şəhərində aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub.

Chosen
38
7
teleqraf.com

8Sources