BAKI, 10 iyul. TELEQRAF
Dünyaca məşhur DAZN platforması boks üzrə yeni reytinq cədvəlini açıqlayıb.
Teleqraf xəbər verir ki, super ağır çəkidə ukraynalı dünya çempionu Aleksandr Usik siyahının doqquzuncu pilləsində yer alıb.
38 yaşlı boksçu siyahıda olan müasir dövrün yeganə nümayəndəsidir. Reytinq cədvəlinə əfsanəvi Məhəmməd Əli başçılıq edir.
Siyahı belədir:
1. Məhəmməd Əli
2. Lennoks Lüis
3. Evander Xolifild
4. Larri Xolms
5. Mayk Tayson
6. Co Freyzer
7. Corc Forman
8. Co Luis
9. Aleksandr Usik
10. Rokki Marçiano