EN

Topdansatış şirkəti 2024-cü ili 2 milyon manata yaxın xalis mənfəət ilə başa vurub

Qida məhsullarının topdan satışı fəaliyyətilə məşğul olan "Merano-Baku" ASC 2024-cü ili 1 milyon 939 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 2 milyon 215 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Merano-Baku" şirkətinin xalis mənfəəti 2024-cü ildə 276 min manat və ya 12,5% azalıb.

Marja.az xəbər verir ki, "Merano-Baku" şirkətinin satışan cəmi gəliri 2023-cü ildə 24 milyon 275 min manat ikən, 2024-cü ildə 30 milyon 225 min manat təşkil edib (5 milyon 950 min manat və ya 24,5% artıb).

Ötən il "Merano-Baku" əməliyyat mənfəəti 1 milyon 203 min manat və ya 43,5% aratarq 3 milyon 971 min manat təşkil edib. Gəlirdən çıxılmayan 1 milyon 238 min manat xərcə görə, Şirkətin xalis mənfəəti azalıb. 

Qeyd edək ki, “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s kimi inkişaf etmiş ölkələrdən məhsullar idxal edir. Şirkət əsasən un məmulatları, makaron çeşidləri, qida əlavələri, müxtəlif növ yağ növləri, konservləşdirilmiş məhsullar, müxtəlif növ pendirlər, balıq məhsulları idxal edir.

Merano-Baku
Chosen
19
marja.az

1Sources