BAKI, 10 iyul. TELEQRAF
"Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə vəkillər - Ceyhun Yusifov və Asim Hacıyevin qoşulduğu məlum olub.
Məhkəmədə elan olunub ki, N. Hacıyevin yaxınları tərəgindən hər iki vəkillə müqavilə bağlanıb.
C. Yusifov bildirib ki, zərərçəkmiş şəxslərin sayı həddindən çoxdur: "Burda zərərçəkmişlər iki hissəyə bölünür. Həqiqi zərərçəkmişlər, bir də formal zərərçəkmişlər. Bayram Yusifov var. Ona Xırdalanda tikinti də olan evi var. Ona ziyanın ödənilməsi üçün əmlak 45 faiz yönəlib. Biz burada zərərçəkmişləro müəyyən etməliyik. Bayram Yusifovun dindirilməsini istəyib".
Digər vəkil A. Abdullayev müvəkkilin barəsində ev dustaqlığı seçilməsini istəyib. Vəkil deyib ki, istirahət mərkəzinin hərraca çıxarılmasının, satışdan əldə olunan vəsaitlə ziyanın ödənilməsini istəyib.
Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevin barəsində qüvvədə olan Nərimanov Rayon Məhkəməsinin hökm var. Vəkil C. Yusifov bu səbəbdən həbs qətimkan tədbirin dəyişdirilməsi barədə vəsatətədən imtina etdiklərini, lakin əmlakın açıq hərracda satılması ilə bağlı vısatətə baxılmasını istəyib.
Hakim bildirib ki, zərərçəkmiş şəxsin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar var, həmin qərarını icra olunması üçün müvafiq qurumlara müraciət olunub.
Daha sonra əmlakının açıq hərracda satılması ilə bağlı prosessual qayda müzakirə olunub. Vəkil C. Yusiofov bildirib ki, əmlakın sonda satılması barədə heç bir qayda nəzərdə tutulmayıb, istənilən mərhələdə əmlakın satılması mümkündür.
N. Hacıyev vəkilləri ilə razı olduğunu deyib: "Bu qədər şahid ifadə verib. “Atlant” Bakıda tikintidən olan vəsait hesabına tikilib. Bunu şahidlər də təsdiq edib. Sumqayıtdan Bakıya qədər olan tikintidən ayrılan pulları istirahət mərkəzinə yönləndirilib. Biz qohum olmuşuq, mənim də qohumluq etibarından istifadə edib. Mən heç bir əmlakı yayımdırmamışam. Yayındırmış olsaydım, bu gün burada olmazdım. Övladılanırım da öz evində yaşayırdı. Bunu Tahir Qədəşov da çox gözəl bilib".
Təqsirləndirilən şəxs bildirib ki, bütün tikintilərin Tahir Qədəşova aid olmasını hər kəs bilir. Onun sözlərinə görə, Bakı şəhər icra hakimiyyətindın də layihələrin Tahirə Qədəşova verilib.
Dövlət ittihamçısı Fariz Rzayev əmlakını satılması ilə bağlı vəsatətin baxılmamış saxlanılmasını, sonra hömümdə bu məsələyə qiymət verilməsini istəyib.
Zərərçəkmiş şəxslər əmlakların satılmasını, ziyanın ödənilməsini istəyiblər.
T. Qədəşovun vəkili Muxtar Mustafayev vəsatətə etiraz edib. Bildirib ki, əmlakını cinayət yolu ilə əldə olunmasını məhkəmədə sübuta yetirilməlidir.
Daha sonra hakimlər müşavirə keçirən hakimlər qərar elan ediblər. Qərara görə, vəsatətin baxılması təxirə salınıb. Hakim bildirib ki, bu məsələyə məhkəmənin müşavirə otağında qiymət verilməsi olan məsələdir və məhkəmə bu vəsatətə yekun da müşavirə otağında qiymət veriləcək.
Daha sonra çıxış edən N. Hacıyev bildirib ki, Ramana qəsəbəsində "Bərəkətli" MMC-nin direktoru olub və 8 hektar torpaq sahəsi olub: "Tahir Qıdəşov hansı yolla mən həbs olunandan sonra başqasının adına keçirib. Həmin torpaq sahəsinin ərazisində ağacları kəsib".
Bundan sonar zərərçəkmiş qismində Şahbala Şükürov ifadə verib. O bildirib ki, 110 kvadrat metrlik mənzil alıb: "Mən makler vasitəsi ilə tanış olmuşam və mənzil almışam. Sonra evi satdım".
Məlum olub ki, həmin mənzil üç nəfərə ayrı-ayrı vaxtlarda satılıb. Zərərçəkmiş deyib ki, ona heç bir ziyan dəyməyib, mənzili alıb və daha sonra başqa şəxsə satıb.
N. Hacıyevin vəkili deyib ki, hazırda ifadə verən zərərçəkmiş ziyan çəkməyib. Vəkilin sözlərinə görə, ona mənzil satılıb: "Həmin şəxsdə aldığı məbləğdən baha qiymətə mənzili satıb və burada qazanıb. Biz bilmək istəyirik ki, bu şəxs necə zərərçəkmiş qismində tanıb, buna görə də ziyan hesablanıb".
Hakim deyib ki, Ş. Şükürov Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən zərərçəkmiş qismində tanınıb..
Daha sonra Ş. Şükürov eyni mənzili kağız üzərində alan 3 nəfər zərərçəkmişlər üzləşdirilib. Onların arasında söz mübahisəsi yaranıb.
Zərərçəkmiş Ş. Şükürov bildirib ki, onun heç kimə qarşı şikayəti və ya tələbi yoxdur.
Daha sonra şahid qismində Hikmət Məmmədov ifadə verib. Məlum olub ki, zərərçəkmiş Xatirə Məmmədovanın həyat yoldaşıdır.
Bundan əvvəlki iclasda zərərçəkmiş ifadə verib. Təqsirləndirilən Nofəl Hacıyev həmin ittihamı qəbul etməyib və onun həyat yoldaşına sualları olduğunu deyib. Onun sözlərinə görə, Hüseyn Səfərovun xahişi ilə Hikmət Məmmədovun adına mənzil yazıb.
Şahid H. Məmmədov bildirib ki, təqsirləndirilən şəxsi tanıyıb və onunla 2018-ci ildə tanışlıqları yaranıb: "Həmin ilin dekabrın 15-də Nofəlin ofisində pulu ödəyiblər və mənzil alıblar. Sonradan evi təmir etmək istəyiblər. Lakin ev başqa bir nəfərə də satıldığı üçün təmir edə bilməyiblər. MTK-ya mənzil almaq üçün pulu tam ödəmişik, bununla bağlı maliyyə arayışı da var".
Şahid qeyd edib ki, ümumilikdə mənzili almaq üçün 120 min manat ödəyib: "Amma müqavilədə məbləğ 167 min manat göstərilib. Bunu soruşdum, dedilər ki, gələcəkdə baha qiymətə satmaq üçün yazılıb".
Digər zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, şahid burada tamamilə yalan danışır. Onun sözlərinə görə, şahid onun uşaqlıq dostudur: "İndi burada deyir ki, tanışlıq 2018-ci ildə tanıyır. Bir mənzili oğurlayıb, amma verməyib. Prokurorluğa şikayət etməklə şantaj etdi".
Şahid onların danışdıqlarını yalan olduğunu deyib.
Daha sonra prosesdə iştirak edə bilməyən bir neçə zərərçəkmişin ifadələri elan olunub.
Növbəti proses iyulun 17-də davam edəcək.
Məhkəmədə vəkillər tərəfindən səsləndirilib ki, cinayət icraatı aparılan zaman T. Qədəşov “Atlant” istirahət mərkəzini qızının adına keçirib və cinayət yolu ilə vurulmuş ziyana ödənilməsinə yöndərıilməsndən yayındırmağa çalışıb.
Məhkəmə iclası başlamamışdan əvvəl zərərçəkmişlər “Atlant”ın sahibi Tahir Qədəşovun məhkəməyə gəlməsini tələb ediblər. İddia ediblər ki, onları bu vəziyyətə salan T. Qədəşovdur.
Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.
Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur.
İttihama görə, vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub.
Cinayət işi çərçivəsində “Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.
“Atlant”ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır.
“Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.