“Sumqayıt”ın keçmiş futbolçusu Bobur Abduholikovun yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını vətəni Özbəkistanda davam etdirəcək.


Millinin hücumçusu “Paxtakor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqavilə imzalayıblar.


Abduholikov bu ilin fevral ayından mövsümün sonunadək “Sumqayıt”ın formasını geyinib. "Gənclik" şəhəri təmsilçisi onunla müqaviləni yeniləmək istəsə də, razılıq əldə edə bilməyib.