AZ

"Sumqayıt"ın sabiq futbolçusunun yeni iş yeri

“Sumqayıt”ın keçmiş futbolçusu Bobir Abdixolikovun yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını vətəni Özbəkistanda davam etdirəcək. Millinin hücumçusu “Paxtakor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Abdixolikov bu ilin fevral ayından mövsümün sonunadək “Sumqayıt”ın formasını geyib.

Seçilən
6
1
football-plus.az

4Mənbələr