Avrasiya İqtisadi İttifaqı ölkələrində rouminqin ləğvi 2028-ci ilə təxirə salınıb
Avrasiya İqtisadi İttifaqının ərazisində rouminqin ləğvi 2028-ci il yanvarın 1-nə təxirə salınıb.Bu barədə Avrasiya İqtisadi Komissiyası məlumat yayıb.
"Rouminqin ləğvi təşəbbüsü... Avrasiya İqtisadi İttifaqının bütün ölkələri tərəfindən dəstəklənir", - AEK-dən TASS-a bildiriblər.
Əvvəllər 2025-ci ildə Aİİ-də rouminqin ləğvi nəzərdə tutulurdu. Qeyd olunur ki, itkilərə məruz qala biləcək mobil operatorlara dəstək tədbirlərinin işlənib hazırlanması, habelə saxta trafikin qarşısının alınması məqsədilə müddətlər dəyişdirilib.