EN

Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edə bilər

Artıq bir müddətdir ki, Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb.

Herbiand.az xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “Azadlıq Radiosu”nun erməni xidmətinə bildirib ki, belə bir variant Ermənistanın prinsiplərinə uyğun gələrsə, həyata keçirilə bilər.

“Bir daha təkrar edirəm: Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Əgər bu prinsiplərə uyğundursa, bəli, həyata keçirilə bilər. Bu müzakirə mövzusudur, qarşılıqlılıq təmin edilməlidir”, - deyə Mnatsakan Safaryan üçüncü tərəf şirkətin bu yola nəzarət edə biləcəyinə dair sualına cavabında qeyd edib.

Chosen
24
11
herbiand.az

10Sources