AZ

Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edə bilər? – Rəsmi İrəvanın reaksiyası


Ermənistan Zəngəzur dəhlizinə başqa şirkət tərəfindən nəzarət oluna biləcəyini istisna etmir.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.
Belə ki, jurnalisitn “Regional kommunikasiyaların blokdan çıxarılması ilə bağlı funksiyaların beynəlxalq təşkilata həvalə edilməsi hələ də məqbuldurmu?” sualına Safaryan müsbət cavab verib.
Onun sözlərinə görə, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.
Jurnalistin “Başqa təşkilat nəzarəti həyata keçirə bilərmi?” sualına isə Safaryan nəzarət sözünün burada yanlış olduğunun bildirib.
“Bir daha təkrar edirəm: bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası, ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Bu prinsiplərə uyğundursa, bəli, həyata keçirilə bilər. Söhbət müzakirə mövzusudur, qarşılıqlılıq təmin edilməlidir”, - deyə Safaryan qeyd edib.
Seçilən
22
3
yeniavaz.com

10Mənbələr