EN

Lizinq şirkətinin 1 milyonluqistiqrazlarına 50 investor 50 sifariş təqdim edib

29 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Birjanın yaydığı məlumata görə, qeyd olunan AZ2002023235 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "International Leasing" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2002023235

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı:  1000 ədəd

İlkin ticarət qiyməti:  1000 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi:  18%

Hərrac qiyməti:  1000 manat

İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat

İnvestor sayı: 50

Sifariş sayı:  50

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti:  2 il

Anderrayter:  “Capital Partners İ.Ş.” QSC

Chosen
30
3
marja.az

4Sources