EN

50 investor 1 milyon ödəyib, BOKT "International”ın istiqrazlarını əldə etdi

3 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan AZ2033021026 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində yekunlaşmışdır.

İstiqrazlara 50 investor 50 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2033021026

İstiqrazların növü və forması:  İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması:  Kütləvi / Rəqabətli hərrac

İstiqrazların sayı: 10,000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi: 15%

Minimal qiymət:  100 (15%) manat

Maksimal qiymət: 100 (15%) manat

Kəsmə qiyməti:  100 (15%) manat

Ortaçəkili qiyməti: 100 (15%) manat

İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1000 000 manat

İnvestor sayı:  50

Sifariş sayı:  50

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti:  2 il

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Chosen
38
3
marja.az

4Sources