“Sumqayıt”ın sabiq futbolçusu Bobur Abdixolikovun yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını vətəni Özbəkistanda davam etdirəcək.
Özbəkistan millisinin forvardı “Paxtakor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, Abdixolikov bu ilin fevralından mövsümün sonunadək “Sumqayıt”ın formasını geyinib.