EN

Yuxulu sürücü zəncirvari qəza törətdi: “KamAZ” və “Opel”i vurdu VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Quba-Xaçmaz yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 9-da günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan “VAZ-2109” markalı maşın, öncə 27-BK-899 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınına, ardınca 38-BF-032 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “VAZ” sürücüsünün sükan arxasında yuxulaması olub. Hadisə zamanı hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “VAZ”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma davam edir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
avtosfer.az

1Sources