EN

Bakıda avtomobil sevərlərin böyük gözləntisi “Caspian Motor Show”

ain.az, Dogru.az saytına istinadən bildirir.

İyulun 18-dən 20-dək paytaxt Bakı avtomobil dünyasının diqqət mərkəzinə çevriləcək. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək ənənəvi “Caspian Motor Show” avtomobil sərgisi bu dəfə şəhərin mərkəzində – Dənizkənarı Bulvarda, Park Bulvar ərazisində baş tutacaq.

Doğru.az xəbər verir ki, sərginin rəsmi açılışı 18 iyul tarixində saat 18:00-da keçiriləcək. Tədbirə avtomobil sahəsində fəaliyyət göstərən müxtəlif diler şirkətləri, avtomobil istehsalçıları, avtoaksesuar və texniki xidmət sahələrinin nümayəndələri qatılacaq. Ziyarətçilər ən son model avtomobilləri canlı izləmək, test sürüşlərində iştirak etmək və sektor üzrə yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklər.

Təşkilatçılar bildirir ki, builki sərgi əvvəlkilərdən həm məkan, həm də miqyas baxımından fərqlənəcək. Xatırladaq ki, sonuncu “Caspian Motor Show” tədbiri məşhur “Sea Breeze” istirahət mərkəzində keçirilmişdi. Bu dəfə isə tədbirin daha əlçatan, şəhər mərkəzində, gediş-gəlişli ərazidə reallaşması təşkilatçılığın genişliyindən və auditoriyanın daha da artırılmasından xəbər verir.

Tədbirə təşkilati dəstəyi isə Azərbaycan Avtomobil Federasiyası göstərir. Bu da sərginin həm yerli, həm də beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə zəmanət verir.

Avtomobil həvəskarları üçün nadir fürsət olan bu sərgidə müxtəlif markaların ən yeni modelləri, elektrikli nəqliyyat vasitələri, texnoloji yeniliklər və avtomobil sahəsinə dair təqdimatlar yer alacaq. Eyni zamanda, tədbir çərçivəsində müxtəlif əyləncəli proqramlar, canlı musiqi və avtomobil idmanı nümayişləri də nəzərdə tutulub.

Qeyd edək ki, “Caspian Motor Show” yalnız texniki yeniliklərin təqdimatı deyil, həm də ölkədə avtomobil mədəniyyətinin inkişafı, avtomobil sənayesinin stimullaşdırılması və peşəkarların bir araya gəldiyi mühüm platformadır.

Avtomobil dünyasının nəbzini tutmaq, sektordakı yenilikləri birbaşa yerində izləmək istəyən hər kəs iyulun 18-dən 20-dək Dənizkənarı Bulvarda keçiriləcək bu möhtəşəm sərgini qaçırmamalıdır!

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
dogru.az

1Sources