EN

Rusiya Ermənistana sanksiya ilə bağlı xəbərdarlıq etdi


İyulun 7-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyana Rusiya XİN tərəfindən Ermənistana qarşı iqtisadi sanksiyaların mümkün tətbiqi barədə Ermənistan hakimiyyətinə məlumat vermək tapşırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.
Qəzet iddia edib ki, Rusiya Ermənistanı Rusiyanın dövlət televiziya kanallarını ictimai multileksində bloklayacağı təqdirdə bu cür tədbirlərə əl atacağı ilə hədələyib.
Qəzet aydınlaşdırıb ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Qurgen Arsenyan arasında söhbət heç də ürəkaçan olmayıb.
“Arsenyana birbaşa bildirilib ki, onlar Ermənistan hakimiyyətinin nə ilə məşğul olduğunu bilirlər”, - “Hraparak” qeyd edib.
Chosen
14
yeniavaz.com

1Sources