İlk dəfə Şuşanı ziyarət edən filippinli səyyah Consa Mey Riçards Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının miqyası və sürətinə dərin heyranlığını ifadə edib.
"Report"un əməkdaşı ilə şəhərə səfəri ilə bağlı təəssüratlarını bölüşən səyyah, Azərbaycanın bu istiqamətdə nəhəng işlər gördüyünü bildirib.
"Dörd il əvvəl burada demək olar ki, heç nə yox idi, bu gün isə qarşımda çox gözəl, müasir və abadlaşdırılmış şəhər durur. Bu, həqiqətən heyranlıq doğurur", - C.Riçards qeyd edib.
O, həmçinin yerli sakinlərin xoş münasibətini vurğulayıb və regionun gələcək inkişafına ümidvar olduğunu bildirib.