Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yol həbsxanaya düşüb. O, elan etdiyi hərbi vəziyyətlə bağlı aparılan istintaq çərçivəsində ikinci dəfə həbs edilib. Seul Mərkəzi Rayon Məhkəməsi xüsusi prokuror Ço Eun-sukun vəsatəti əsasında Yuna qarşı yeni həbs qərarı çıxarıb. Məhkəmə qərarında göstərilib ki, Yunun sübutları saxtalaşdırmaq və istintaqa mane olmaq ehtimalı var. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, prezident səlahiyyətlərini qanunsuz tətbiq etmə və rəsmi sənədlərdə saxtakarlıqda ittiham olunur.
Mətləb Salahov