EN

MTP səyahətçilər nümayəndə heyəti Şuşa həbsxanasını ziyarət edib

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Şuşa həbsxanasında olublar.

"Report" əməkdaşı xəbər verir ki, qonaqlara həbsxana binasının XIX əsrdə inşa edildiyi bildirilib.

Qeyd edilib ki, erməni işğalı dövründə həbsxana dağıntılara məruz qalıb və baxımsız vəziyyətə düşüb.

Nümayəndə heyətinin üzvləri bu obyektin tarixi ilə tanış olublar.

Chosen
51
2
report.az

3Sources