Fələstinin “HƏMAS” hərəkatı Dohada keçirilən məsləhətləşmələr zamanı 10 girovu İsrailə təhvil verməyə razılaşdığını bildirib. Bu barədə hərəkatın Telegram kanalında dərc olunan bəyanatda deyilir.
"Lakin, bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir: bu, xüsusilə Qəzzaya humanitar yardımın idxalı, İsrail qoşunlarının oradan çıxarılması və daimi atəşkəs üçün real təminatların verilməsinə aiddir", - “HƏMAS”-ın bəyanatında deyilir.
Aprel ayında ABŞ prezidentinin elçisi Stiv Vitkoff Qəzza zolağında bəzi girovların azad edilməsi müqabilində atəşkəsin uzadılmasını təklif etmişdi. İsrail bu planla razılaşdı, “HƏMAS” isə şərtləri rədd etdi.
İyunun 7-də Dohada İsrail və “HƏMAS” arasında sülh razılaşması üzrə dolayı danışıqlar başlayıb. Bu gün İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, atəşkəs və Qəzza zolağında girovların azad edilməsi ilə bağlı razılığa gəlmək şansı yüksəkdir.
Almaz Həsənli