AZ

İsrail Qəzzada əməliyyatı davam etdirmək üçün danışıqları uzadır – AFP


İsrailin Qəzza zolağında hərbi mövcudluğunu saxlamaq istəyi vasitəçilərin münaqişə tərəfləri ilə Dohada keçirilən məsləhətləşmələrini çətinləşdirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavındakı mənbələrə istinadən “Agence France-Presse” (AFP) məlumat yayıb.
Agentliyin mənbələrindən birinin verdiyi məlumata görə, İsrail Qəzza zolağından qoşunların çıxarılmasının xəritəsini təqdim edib ki, bu da Fələstin tərəfinin fikrincə, yalnız İsrail ordusunun yerdəyişməsi və yenidən qruplaşdırılması planıdır.
“İsrail danışıqları uzatmağa və məhvetmə müharibəsini davam etdirmək üçün razılığın əldə olunmasına mane olmağa davam edir”, - AFP-nin başqa bir mənbəsi əlavə edib.
Agentliyin mənbələrindən birinə görə, İsrailin təqdim etdiyi xəritə hərbçilərin Qəzza zolağının 40%-dən çoxunda qalmasını təmin edir. O qeyd edib ki, HƏMAS hərəkatı bu planı rədd edir. Nəşrin digər mənbəsinin sözlərinə görə, hərəkat İsrail qoşunlarının 2025-ci il martın 2-dən sonra işğal olunmuş bütün ərazilərdən tamamilə çıxarılmasını tələb edir.
Seçilən
18
50
yeniavaz.com

10Mənbələr