"Növbəti il bütün müəllimləri sertifikatlaşdırma prosesindən keçirmiş olacağıq".
Hafta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, sertifikatlaşdırma prosesi keyfiyyətli təhsilin təmin edilməsi üçün atılmış mühüm addımlardan olub:
"Biz ilk başlayanda bəzi çətinliklərlə qarşılaşmışdıq. Lakin proses davam edir və növbəti ildə demək olar ki, biz bütün müəllimləri sertifikatlaşmadan keçirəcəyik".
Nazir qeyd edib ki, ötən il 31 852 nəfər ibtidai sinif üzrə sertifikasiyadan keçib:
"Ümumilikdə bu günə qədər 7 318 müəllim uğursuz nəticə göstərib. Başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil. Sertifikatlaşdırmada verilən suallar xüsusi çətin deyil. Mərhələli şəkildə müəllimlər standartlara cavab verən mütəxəssislər olsun".