AZ

"30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil" - Nazir

"Növbəti il bütün müəllimləri sertifikatlaşdırma prosesindən keçirmiş olacağıq".

Missiya.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, sertifikatlaşdırma prosesi keyfiyyətli təhsilin təmin edilməsi üçün atılmış mühüm addımlardan olub:

Nazir qeyd edib ki, ötən il 31 852 nəfər ibtidai sinif üzrə sertifikasiyadan keçib: "Ümumilikdə bu günə qədər 7 min 318 müəllim uğursuz nəticə göstərib".

"Proses ağırdır, bilirik, amma 30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil. Mərhələli şəkildə müəllimlər standartlara cavab verən mütəxəssislər olmalıdır".

Seçilən
15
1
missiya.az

10Mənbələr