EN

Emin Əmrullayev: Uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib

Bakı, 10 iyul, AZƏRTAC

Uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, ibtidai sinif müəllimləri üzrə orta dərs yükü 2022–2023-cü tədris ilində 19 saat, 2024–2025-ci tədris ilində 20.6 saat təşkil edib: “Azərbaycan dili və ədəbiyyat müəllimləri üzrə orta dərs yükü 2022–2023-cü tədris ilində 20.4 saat, 2024–2025-ci tədris ilində 21.5 saat olub. Sertifikatlaşdırma nəticəsində vakant qalan dərs saatlarının daha səmərəli bölüşdürülməsi mümkün olub”.

Chosen
36
1
azertag.az

2Sources