EN

“Neftçi”dən ayrılmağa qərar verdi – yeni komandası bəlli oldu

Növbəti mövsüm Azərbaycan I Liqasında çıxış edəcək “Şəfa” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt klubu “Neftçi”nin oyunçusu ilə danışıq aparır. “Şəfa” “ağ-qaralar”ın qapıçısı Rəvan Kazımovu heyətinə cəlb etmək niyyətindədir.

“Neftçi”nin əvəzedici komandasında forma geyinən 20 yaşlı qolkiper növbəti mövsümə I Liqada başlayacaq. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Kazımov eyni zamanda Azərbaycan U-21 millisinin də üzvüdür. 

Chosen
127
10
idmanxeber.az

10Sources