"Real" klublararası dünya çempionatının yarımfinalında PSJ-yə 0:4 hesabı ilə məğlub olub və turnirdə çıxışını başa vurub.
Publika.az xəbər verir ki, bu oyunda Madrid klubunun xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç 64-cü dəqiqədə oyuna daxil olub. Bu qarşılaşma 39 yaşlı futbolçunun "Real" forması ilə son oyunu olub.
Modriç 2012-ci ildən bu yana "Real"ın heyətində çıxış edirdi. O, 13 il ərzində klubla birlikdə 597 oyuna çıxıb, 28 titul qazanıb və 2018-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.
Təcrübəli futbolçu karyerasını "Milan"da davam etdirəcək.