AZ

Modriç “Milan”la nə vaxt müqavilə bağlayacaq?

Xorvatiyalı futbolçu Luka Modriçin İtaliya təmsilçisi “Milan”la müqavilə imzalayacağı tarix bəlli olub.

Msport.az xəbər verir ki, bu, iyulun 14-də baş tutacaq.

39 yaşlı yarımmüdafiəçi həmin gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən İspaniyanın “Real” klubunda çıxış edib. O, 2024/2025 mövsümündə komandada 62 oyuna 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
16
5
msport.az

10Mənbələr