Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti - "Rosselxoznadzor" iyulun 11-dən etibarən Azərbaycanın "Allbuy" MMC və "Milk Products" MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalını qadağan edib.
Mynews.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, bu qərar həmin müəssisələrin Rusiyada keçirilməsi planlaşdırılan yoxlamadan imtina etməsi və Rusiya bazarına maraq göstərməmələri ilə əlaqədardır.
Bildirilib ki, daha əvvəl "Rosselxoznadzor" Azərbaycan tərəfinə Rusiyaya süd məhsulları ixrac edən beş müəssisədə yoxlama aparmağa hazır olduğunu bildirib. Bu yoxlamalar Avrasiya İqtisadi İttifaqı və Rusiya qanunvericiliyinə uyğunluğun qiymətləndirilməsi məqsədi daşıyırdı.
Qurum xatırladıb ki, 2024-cü ildə keçirilmiş yoxlamalar zamanı bəzi pozuntular aşkarlanıb və bu da qərarın verilməsində rol oynayıb.