Suraxanı rayonunun 2 qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, “Bülbülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin 10.07.2025-ci il tarixində hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.
Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.