AZ

Bakının iki qəsəbəsinin qazı kəsilir

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Bakının Suraxanı rayonunda 2 qəsəbənin qaz təchizatı dayandırılacaq.

Bu barədə Lent.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, “Bül-Bülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
lent.az

10Mənbələr