EN

"Araz-Naxçıvan"ın rəqibi son matçında da uduzdu

"Araz-Naxçıvan"ıKonfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris"i Niderland toplanışında son yoxlama matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Niderlandda təşkil olunmuş matçda "AZ Alkmaar" ilə qarşılaşan "Aris" 2:3 hesabı ilə məğlub olub.

Yunanıstan təmsilçisi əvvəlki yoxlama oyunlarında Şotlandiya "Livinqston"una 1:3, Belçika "Anderlext"inə 0:1 hesabı ilə uduzub.

“Araz-Naxçıvan” - “Aris” matçları iyulun 24-ü və 31-də keçiriləcək.

Chosen
33
12
sportinfo.az

10Sources