EN

Netanyahunun mətbuat katibi baş nazirin həyat yoldaşının əlindən istefa verib

İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat katibi Dr. Omer Dostri vəzifəyə başlamasından az sonra istefa verib. Yerli mediada yayılan məlumata görə, istefaya səbəb Netanyahunun həyat yoldaşı Sara ilə münasibətlərdə yaşanan gərginlik olub.

Baş nazirin ofisindən bildirilib ki, Dostri digər işçilərlə də münasibətlərində çətinliklər yaşayırdı.

Bununla belə, Baş nazirin ofisi məlumatları təkzib edib və istefanın Netanyahunun özü, administrasiya rəhbəri və Dostri arasında razılaşdırılan qərar olduğunu açıqlayıb.

Son illər Sara Netanyahunun yüksək vəzifələrə təyinatlara təsir göstərdiyi barədə xeyli iddialar səsləndirilib.

2023-cü ildə keçmiş maliyyə və müdafiə naziri Aviqdor Liberman məhkəmədə bildirib ki, Sara həyat yoldaşının baş nazir olduğu dövrlərdə kadr təyinatlarında fəal iştirak edib.

N.Təbrizli

Chosen
39
28
anews.az

10Sources