AZ

“Təmiz vərəqdən başlayaq”

Gürcüstanın baş naziri ABŞ prezidenti Trampa və vitse-prezident Vense açıq məktub ünvanlayıb.

Məktubunda İrakli Kobaxidze qeyd edir ki, bir neçə həftə əvvəl ünvan sahiblərinə Gürcüstan–ABŞ münasibətləri ilə bağlı yazmışdı, həmin məktubdan əvvəl Gürcüstan tərəfi ölkələr arasında strateji tərəfdaşlığın təzədən, “təmiz vərəqdən” başlanması barədə açıq bəyanatlar vermişdi, lakin indiyədək bu bəyanatlara cavab verilməyib.

Kobaxidzenin Trampa ünvanladığı məktubdan əsas məqamlar:

Gürcüstan uzun illərdir ABŞ-ın əsl strateji tərəfdaşı olaraq qalır və strateji tərəfdaşlığı bərpa etməyə hazır olduğunu bildirir, yeni administrasiyanın susqunluğu həm Gürcüstan hökumətini, həm də Gürcü xalqını təəccübləndirir;

Gürcüstan regionda demokratiya səviyyəsi, qanunun aliliyi, insan hüquqları, medianın azadlığı, məhkəmə sisteminin müstəqilliyi, dövlət institutlarının dayanıqlılığı və aşağı korrupsiya səviyyəsinə görə liderdir;

“Gürcü Arzusu”nun dəyərləri və ideologiyası ilə ABŞ prezidenti Tramp administrasiyasının dəyərləri tamamilə eynidir, o cümlədən gender və LGBT təbliğatı, Ukraynadakı müharibə, “Dərin dövlət”in cinayətkar fəaliyyəti, USAID və NED məsələlərində;

Konqres tərəfindən qəbul edilən “MEGOBARI aktı” gürcü xalqına və hökumətinə qarşı düşmən qanundur;

ABŞ prezidenti Bayden administrasiyası tərəfindən planlaşdırılıb və USAID vasitəsilə maliyyələşdirilən inqilab və zorakılıq cəhdinin faktiki qarşısını almış gürcü məmurlarına tətbiq edilən sanksiyalar bizə başadüşülən deyil.

Seçilən
27
10
vaxt.az

10Mənbələr