ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ağdam rayonunda 35 yaşlı kişi 13 yaşlı qızla cinsi əlaqədə olub.
Oxu.Az-ın məlumatına görə, rayonun keçmiş məcburi köçkünlərin məskunlaşdığı qəsəbəsində baş verib.
Ağdam rayon sakini H.Məmmədov qəsəbədə məskunlaşan G.H. ilə sevgili olub və mütəmadi olaraq onlar qadının evində görüşüblər. 2024-cü ilin aprel ayında H.Məmmədov gecə saatlarında qadının istəyi ilə yenidən onlara gəlib və cinsi əlaqədə olub. Həmin vaxt qadının həyat yoldaşı evə gəlib. Qadın sevgilisini 13 yaşlı qızının otağına keçirərək onu otaqda gizlədib. H.Məmmədov qadınla mütəmadi görüşdüyündən 13 yaşlı qızı da onu tanıyıb və buna görə də səsini çıxarmayıb. Bütün gecəni 13 yaşlı qızın yanında yatan 35 yaşlı kişi ona da tamah salıb. O, gecə saatlarında azyaşlı qıza cinsi əlaqədə olmaq təklif edib və qız da onunla razılaşıb. Nəticədə H.Məmmədov 13 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu proses 1 ilə yaxın davam edəndən sonra G.N. sevgilisindən şübhələnib və qızından bu barədə soruşub. Azyaşlı qız anasına faktı təsdiqləyib və H.Məmmədovla öz razılığı ilə cinsi əlaqədə olduğunu etiraf edib.
Qadın bu barədə polisə məlumat verib və H.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Ağdam Rayon Məhkəməsinin hökmü ilə H.Məmmədov 3 il azadlıqdan məhrum edilib.
Samir Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.