EN

Gəncə-Moskva aviareysi təxirə salınıb

“UTair” aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.

Heydər Əliyev Hava Limanından Bakues.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.

Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.

Chosen
28
16
icma.az

10Sources