EN

Ərdoğan Prezident Administrasiyasında gözlənilməz kadr dəyişikliyi etdi

BAKI, 10 iyul. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun vəzifəsindən azad edilib.

Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, F.Altunun yerinə xarici işlər nazirinin müavini Burhanəddin Duran təyin edilib.

Prezidentin digər sərəncamı ilə F.Altun Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri təyin edilib.

Chosen
31
1
teleqraf.com

10Sources