EN

Ən çox və ən az boşanma hallarının olduğu rayonlar açıqlanıb (VİDEO)

Ötən il ölkədə ən çox boşanma Daşkəsən və Mingəçevirdə qeydə alınıb.

Ən az nikah pozulma halları isə Cəlilabadda olub. Paytaxtda ən çox boşanma Yasamal rayonunda qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 21 min 384 boşanma qeydə alınıb.

Mövzuya münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov "Xəzər Xəbər"ə deyib ki, əvvəl boşanmalara səbəb qayınana-qayınata olurdusa, indi sosial şəbəkələrin təsiri daha çoxdur.
Ətraflı
Ad - 00:08

Komitə rəsmisi bildirib ki, boşanmalarda əsas səbəblərdən biri də psixososial faktordur. Belə ki, birgə yaşayan şəxslərin arasında bir-biri ilə ünsiyyətin zəif olması, yaxud ünsiyyətin olmaması boşanmaya gətirib çıxarır.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Chosen
21
2
valyuta.az

3Sources