EN

Novak Cokoviç "Uimbldon 2025"in yarımfinalında

“Böyük Dəbilqə”nin 24 qat çempionu serb tennisçi Novak Cokoviç “Uimbldon 2025”in yarımfinalına yüksəlib.

90deqiqe.Az xəbər verir ki, o, 1/4 finalda dünyanın 24-cü pilləsində qərarlaşan italiyalı Flavio Kobolliyə 6:7 (6:8), 6:2, 7:5, 6:4 hesabı ilə qalib gəlib.

Qarşılaşma 3 saat 10 dəqiqə davam edib.

Novak Cokoviç dünya reytinqinin lideri, 1/4 finalda amerikalı Ben Şeltondan güclü olan italiyalı Yannik Sinnerlə finala vəsiqə uğrunda mübarizə aparacaq.

Chosen
36
90deqiqe.az

1Sources