EN

“Lion”la bağlı qərar verildi

Fransanın “Lion” klubu Liqa 1-də qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, klubun yeni rəhbərliyinin apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalması təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl “Lion”un 505,1 milyon avro məbləğində borcu olduğu bildirilib.  Klub maliyyə hesabatlarını pozmaqda ittiham olunurdu.

Xatırladaq ki, “Lion” ötən mövsümü 6-cı pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.

Chosen
53
28
bakivaxti.az

10Sources