EN

“X”in baş direktoru istefa verdi

“X” sosial platformasının baş direktoru Linda Yakkarino vəzifəsindən istefa verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İki ildən sonra mən “X” şirkətinin baş direktoru vəzifəsini tərk etmək qərarına gəldim. “X” komandası ilə qürur duyuram”, - paylaşımda deyilir.

O, postunu tərk etməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, Yakkarino “X” şirkətinin baş direktoru vəzifəsini 2023-cü ilin mayında İlon Maskın sosial şəbəkəni satın almasından sonra tutub. Daha öncə o, Amerikanın “NBC Universal” mediakorporasiyasında satış direktoru olub.
Chosen
30
19
sherg.az

9Sources