EN

Gəncədən Moskvaya uçmalı olan aviareys təxirə salındı


Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.

News24.az xəbər verir ki, bu barədə Teleqraf-a sərnişinlərdən biri məlumat verib.

Məlumata görə, saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00-dək təxirə düşüb.

İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib.

İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir.

Chosen
36
13
news24.az

10Sources