EN

Sloveniyalı futbolçu: "Sabah"la oyuna tam hazırıq"

style='margin-bottom:10px;'>

"Hazırlıq prosesini uğurla başa vurduq. Həm fiziki, həm də taktiki cəhətdən yeni mövsümə hazırıq".

QOL.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"la qarşılaşacaq "Çelye"nin (Sloveniya) futbolçusu Mark Zabukovnik bu gün keçirilən mətbuat konfransında deyib.

Sloveniyalı yarımmüdafiəçi sabahkı oyuna tam hazır olduqlarını bildirib: "Hər şey yaxşıdır. Həm meydanda, həm də meydandan kənarda komanda olaraq bir-birimizə çox yaxşı uyğunlaşmışıq. Sabahkı oyuna tam hazırıq. Yaxşı nəticə əldə etmək üçün bacardığımız hər şeyi ortaya qoyacağıq. Püşkdən sonra rəqibimiz haqda məlumatlar toplamağa başladıq. "Sabah"ın güclü və zəif tərəflərini təhlil etmişik".

Qeyd edək ki, iyulun 10-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Çelye” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü iyulun 17-də Sloveniyada olacaq.

Bizi İnstaqramda izləmək üçün keçid et

Chosen
32
teleqraf.com

1Sources