UEFA Konfrans Liqasına hazırlıq məqsədilə Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” bu gün birinci yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi Türkiyənin 3-cü liqa klubu “Bayburtspor”la üz-üzə gəlib.
Oyun "Araz-Naxçıvan"ın 14:0 hesablı qələbəsi ilə nəticələnib.
Qolları Ramon Maçado (4), Patrik Andrade, Ülvi İsgəndərov, Çarles Boli (hərəsi 2 qol), Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos və Bar Kohen vurublar.
Baş məşqçi Elmar Baxşıyev meydana iki fərqli heyət buraxıb.