EN

Kraliyyət ziyafətində Makrondan “flirt” jesti

Kraliyyət

Fransa Prezidenti Emmanuel Makron Britaniyada baş tutan rəsmi ziyafətdə Uels şahzadəsi Ketrin Middltonla flirt etdiyi iddiası ilə tənqid atəşinə tutulub. Bu barədə Daily Mail nəşri yazıb.8 iyul tarixində Vindsor qəsrində Britaniya kral ailəsi Makron və xanımı Bricitin şərəfinə ziyafət təşkil edib. Tədbirdə Kral III Çarlz və kraliça Kamilla, şahzadə Uilyam və Ketrin Middlton, həmçinin Mik Caqqer, Elton Con və digər tanınmış qonaqlar iştirak ediblər.Makronun Middltonla yanaşı əyləşərək söhbət etməsi və hətta ona göz vurması sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Bir çox istifadəçi onun davranışını "yolverilməz" adlandırıb:🗨️ “Bədbəxt Ketrin, nə iyrənc mənzərə idi!”🗨️ “Bu adamda hörmət deyilən şey yoxdur!”🗨️ “Makron tam bir nadürüstdür!”Bundan bir gün əvvəl isə Makron daha bir xoşagəlməz anla gündəmə gəlib: Böyük Britaniyaya enərkən təyyarənin trapında xanımı Bricit Makron onun uzatdığı əli qəbul etməyib, bu da kameralara əks olunub. Prezident bir müddət əli havada qalsa da, sonra onu endirərək şahzadə Uilyam və Middlton cütlüyü ilə salamlaşıb.Ulusum.az

Diqqət Çəkənlər

Netanyahudan Trampa: Səni Nobel Sülh Mükafatına namizəd göstərdim!

Qrossidən xəbərdarlıq: İranın nüvə proqramı hərb yolu ilə dayandırıla bilməz

"Azərsun Holdinq"dən BDU tələbələrinə xüsusi təqaüd

Chosen
75
ulusum.az

1Sources