EN

Karlos Tevesin yeni klubu məlum oldu

Argentina milli komandasının sabiq üzvü Karlos Teves “Talyeres” klubunun baş məşqçisi təyin olunub.

Msport.az xəbər verir ki, vaxtilə “Mançester Yunayted”, “Yuventus”, “Mançester Siti” kimi nəhənglərin şərəfini qorumuş Tevesin az da olsa, məşqçilik təcrübəsi var.

41 yaşlı mütəxəssis 2023-2024-cü illər arasında “İndependyente” komandasına rəhbərlik edib. Buna qədər isə o, 2022-ci ildə “Rosario Sentral”da işləyib.

Xatırladaq ki, Teves futbolçu karyerasını 2022-ci ildə bitirib.

O, Argentina yığmasının heyətində Olimpiya çempionu olub.

Chosen
54
7
msport.az

8Sources