EN

Zelenski onu da istefaya göndərir

Ukrayna prezidenti Vladimir Zelenski baş nazir Denis Şmıxalı istefaya göndərməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak "Telegram"da bildirib.

"Baş nazir istefaya göndəriləndə hökumət istefa verir və öz vəzifəsini dayandırır. Bu o deməkdir ki, Radada birinci oxunuşdan keçməmiş bütün hökumət qanun layihələri də geri götürülür", - deputat izah edib.

O, həmçinin xatırladıb ki, ölkədə hərbi vəziyyət dövründə hökumətin səlahiyyətlərinə xitam vermək qadağandır.

Ötən ildən Ukraynada baş nazirin mümkün istefası ilə bağlı şayiələr dolaşır. Bəzi məlumatlara görə, prezident aparatının rəhbəri Andriy Yermak kabinetin başına öz adamını qoymaq üçün Şmıqalı işdən çıxarmaq istəyir.

Chosen
34
1
publika.az

10Sources