EN

Azərbaycan Almaniyada keçirilən universiadada 13 cüdoçu ilə təmsil olunacaq

23–26 iyul tarixlərində Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində Ümumdünya Universitet Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

Operativ Media xəbər verir ki, universiadada Azərbaycanı 13 çəki dərəcəsində 13 cüdoçu (7 kişi, 6 qadın) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. 

Cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Qadınlar 

-48 kq

Könül Əliyeva

-52 kq

Aydan Vəliyeva

-57 kq

Fidan Əlizadə

-70 kq

Aytac Qardaşxanlı

-78 kq

Nərmin Əmirli

+78 kq

Nigar Süleymanova 

Kişilər

-60 kq

Babarəhim Mirzəyev

-66 kq

Nazir Talıbov

-73 kq

Nəriman Mirzəyev

-81 kq

Mehdi Abbasov 

-90 kq

Elcan Hacıyev 

-100 kq

Davud Namazlı 

+100 kq

Ramazan Əhmədov 

Chosen
15
6
operativmedia.az

8Sources