ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən "Zirə" bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi "Ankara Keçiörengücü" ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.
Qeyd edək ki, "Zirə" Konfrans Liqasının ikinci təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Neftçi Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.